Uşağınız gələcəyin texnologiyalarını bu gündən öyrənsin.
Saleh Tech School ilə 6-18 yaş arası uşaqlar üçün ən müasir texnologiya yollarını kəşf edin. Bizim sevimli tülkü maskotumuzla öyrənmək daha əyləncəlidir!
100+ aktiv tələbə

Uşaqlar üçün IT və Proqramlaşdırma kursları!
Kurslarımızda müxtəlif növ və istiqamət üçün texnologiyalar tədris olunur

IT və Kompüter Mühəndisliyi kursu
Texnologiya dünyasına ilk addımını at!
- Yaş: 10-15
- Səviyyə: Başlanğıc
- Müddət: 15 ay

Kibertəhlükəsizlik Kursu
Rəqəmsal dünyanı təhlükəsiz et!
- Yaş: 11-17
- Səviyyə: Qabaqcıl
- Müddət: 12 ay

Robotexnika kursu
Öz robotunu yarat, proqramla və idarə et!
- Yaş: 8-12
- Səviyyə: Başlanğıc
- Müddət: 6 ay

Liderlik Təlimləri
Texnologiya dünyasına ilk addımını at!
- Yaş: 10-16
- Səviyyə: Başlanğıc
- Müddət: 1 ay

Yay Məktəbi: IT və Proqramlaşdırma
Texnologiya dünyasına ilk addımını at!
- Yaş: 10-15
- Səviyyə: Başlanğıc
- Müddət: 3 ay

Süni İntellekt Mühəndisliyi kursu
Gələcəyin texnologiyasını öyrən!
- Yaş: 12-17
- Səviyyə: Qabaqcıl
- Müddət: 8 ay
Populyar kurslarımız

Kiber Təhlükəsizlik Əsasları
Uşaqlar rəqəmsal dünyanı necə qorumağı və etik hakerlik prinsiplərini öyrənirlər.

Python ilə Proqramlaşdırma
Dünyanın ən populyar proqramlaşdırma dilini əyləncəli layihələrlə mənimsəyin.

Robototexnika və IoT
Öz robotlarınızı yaradın və onları kod vasitəsilə canlandırın.
Peşəkar Müəllimlərimiz
Uşağınızın hər addımını izləyin
Xüsusi Valideyn Paneli vasitəsilə tələbənin davamiyyətini, dərslərdəki aktivliyini və qazandığı uğurları real vaxtda izləyə bilərsiniz.
- Həftəlik tərəqqi hesabatları
- Müəllim rəyləri və tövsiyələr
- Sertifikat və nailiyyət izləmə

Valideynlərimiz nə deyir?
"Oğlum Bayramov Çingiz Saleh Tech School-da elektronika və robotexnika kurslarına qatılır, həm dərslər həm müəllimlər oğlumda bu ixtisasa qarşı sevgisini marağını artırdı, telefon kamputer kimi vaxtını boşa xərcləmək əvəzinə övladımı bu kurslara yönəltməkdə bizə yol göstərən Vəfa xanıma Anar bəyə öz dərin təşəkkürümü bildirirəm, nə yaxşı ki belə pedoqoqlar və dövrün tələbinə uyğun kurslar var. Yolunuz açıq, uğurlarınız bol olsun İnşaAllah"
Bayramova Ülviyyə
Həkim-Radioloq
"Övladlarim robotexnika dərslərinə böyük həvəslə gedirlər. Həm PRAM, həm də Scratch dərslərini çox sevirlər. Dərslərin həm əyləncəli, həm də öyrədici olması bizim üçün çox xoşdur. Uşaqların özləri yaradaraq, düşünərək və praktiki şəkildə öyrənməsi çox faydalıdır. Müəlliməmizə uşaqlara olan gözəl münasibəti, səbr və sevgisi üçün çox təşəkkür edirəm.❤️"
Gülnar İslamova
Hüseyn və Emin İslamovun valideyni
"Gözəl insanlar. Sizlərin yanınıza Müəllim kollektivinizdə sizin sevgidən qaynaqlanaraq uşaqların qəlblərinə düzgün yerdən toxunurlar. Sağlam mühitdə sağlam gələcək yetişir. Sizdə o toxumu əkənlərdənsiz var olun. Bu arada Vəfa xanım sizə bildirmək istəyirəmki Camalın Kiber təhlükəsizlik müəllimdən biliklərlə yanaşı motivasiyaedici sözləri və davranışları üçün Camalın oxumağa fikirləri dəyişib. Sizə və kollektivinizə dərin təşəkkürlər."
Aysel Əsgərova
Camalın valideyni
Uşağınızın gələcəyi bu gündən başlasın!
Ödənişsiz sınaq dərsi üçün qeydiyyatdan keçin və bizimlə tanış olun.





